Rusiya ötən il yenidən istehsalına başlanan “Moskvic” model avtomobillərin taksi kimi istifadə ediləcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Moskva meri Sergey Sobyanin yenidən istehsalına başlanılan "Moskvic" markalı avtomobillərin paytaxtda avtomobil paylaşma xidmətlərində və taksilərdə istifadə ediləcəyini açıqlayıb.
Sobyanin taksi olaraq istifadə edilməsi üçün 5 min ədəd “Moskvic” markalı avtomobili sifariş verdiklərini bəyan edib.
“Moskviçlər”in ictimai nəqliyyata töhfə verməsinin vacib olduğunu bildirən Sobyanin, “Yandeks.Taksi”nin 2 mini elektromobil olmaqla 5 min “Moskviç” alacağını bildirib.
Sobyanin qeyd edib ki, bu, dünyada avtomobil paylaşımı və taksi üçün ən böyük avtomobil sifarişlərindən biridir.
Manşet.az