Süni intellektli chatbot ChatGPT-yə qarşı araşdırma başladıldı

13:07 - 05 Aprel 2023

Süni intellektli chatbot ChatGPT-yə qarşı araşdırma başladıldı

Kanada Məxfiliyə Nəzarət İdarəsi süni intellekt inkişaf etdirmə şirkəti OpenAI-nin süni intellekt robotu ChatGPT ilə bağlı araşdırmaya başladığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Məxfiliyə Nəzarət İdarəsi ABŞ-ın OpenAI şirkətinə qarşı təhqiqatın “şəxsi məlumatların icazəsiz toplanması, istifadəsi və açıqlanması” şikayətlərindən sonra başladığını bildirib.

Açıqlamaya görə, hazırda istintaqın təfərrüatları ilə bağlı məlumatların paylaşılmayacağı, istintaqın yekun hesabatının ictimaiyyətlə paylaşılacağı qeyd edilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az