Kanada Məxfiliyə Nəzarət İdarəsi süni intellekt inkişaf etdirmə şirkəti OpenAI-nin süni intellekt robotu ChatGPT ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Məxfiliyə Nəzarət İdarəsi ABŞ-ın OpenAI şirkətinə qarşı təhqiqatın “şəxsi məlumatların icazəsiz toplanması, istifadəsi və açıqlanması” şikayətlərindən sonra başladığını bildirib.
Açıqlamaya görə, hazırda istintaqın təfərrüatları ilə bağlı məlumatların paylaşılmayacağı, istintaqın yekun hesabatının ictimaiyyətlə paylaşılacağı qeyd edilir.
Manşet.az