ABŞ-ın 21 yaşlı YouTube fenomeni Tanner Kuk zarafat etdiyi şəxs tərəfindən silahla vurulub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mədəsindən yaralanan Kukun müalicəsi xəstəxanada davam etdirilir.
İnsanları qıcıqlandırmaq üçün qəribə davranışlar nümayiş etdirdiyi videolar çəkən YouTube fenomeni bu dəfə zarafatını Virciniya ətrafında yerləşən ticarət mərkəzində etmək istəyib.
Bu oyunun hədəfi olan 31 yaşlı şəxs silahını çıxararaq Kukun qarnına atəş açıb.
Manşet.az