Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya ilə ABŞ arasındakı münasibətləri dəyərləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ryabkov bildirib ki, Rusiya ABŞ-la münaqişənin ən qaynar mərhələsindədir.
İki ölkə arasında münasibətlərin kifayət qədər gərgin olduğuna diqqət çəkən Ryabkov, "Hazırda ABŞ ilə qarşıdurmanın ən qaynar mərhələsindəyik. Bu dövlətin müxtəlif aspektlərdə Rusiya ilə birbaşa hibrid müharibəsində iştirak etdiyini müşahidə edirik" – deyib.
O, münasibətlərin hətta soyuq müharibə dövründə belə olmadığını söyləyib.
Ryabkov hazırda nüvə münaqişəsi ilə bağlı çox danışıldığını açıqlayıb və xatırladıb ki, Rusiya nüvə müharibəsində qalibin olmayacağını həmişə bəyan edib.
Həmçinin əlavə edib ki, ABŞ-ın Rusiyanın suverenliyi və ərazi bütövlüyünün pozulması halında “hər cür tədbir görmək, hər vasitədən istifadə etmək” əzmini qiymətləndirməməsi “ölümcül səhv” olacaq.
Manşet.az