Berluskoni xəstəxanaya yerləşdirildi

16:14 - 05 Aprel 2023

Berluskoni xəstəxanaya yerləşdirildi

İtaliyanın keçmiş baş naziri və hakim partnyor Forza Italia Partiyasının lideri Silvio Berluskoni bir həftəlik aradan sonra yenidən xəstəxanaya yerləşdirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 86 yaşlı Berluskoni ürək-damar problemlərinə görə bu səhər Milanda San Raffaele xəstəxanasına çatdırılıb.

Onun ürək-damar cərrahiyyəsinin reanimasiya şöbəsində müalicəsinin davam etdiyi bildirilib.

Keçmiş baş nazirin vəziyyəti stabildir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az