Rusiya Belarus qoşunlarına nüvə raketi təlimi verməyə başladı

17:44 - 05 Aprel 2023

Rusiya Belarus qoşunlarına nüvə raketi təlimi verməyə başladı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi rəsmilərlə görüşündə Rusiya-Ukrayna müharibəsi və Qərbin hərəkətləri ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şoyqu Belarus əsgərlərinə nüvə raketləri ilə təchiz edilmiş sistemlərin istifadəsi üzrə təlimlərə başladıqlarını açıqlayıb.

Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyini bildirən Şoyqu, "Artyomovsk, Avdiyivka şəhərlərinin rayonlarında, Limansk və Kupyansk istiqamətlərində münaqişələr sistemli şəkildə inkişaf edir. Biz Ukraynanın hərbi obyektlərinə yüksək dəqiqlikli silahlarla hücumlar həyata keçiririk. Hücumlar nəticəsində bəzi silahların istehsalının və Ukrayna Silahlı Qüvvələrinə sursat və yanacaq verilməsinin qarşısı alınıb” – deyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az