Türkiyə Neft Şirkəti (TPAO) Qara dəniz qazını quruya daşıyacaq boruların dəniz dibinə yerləşdirilməsi prosesinin başa çatdığını açıqlayıb.
Manset.az xəbər verir ki, TPAO-nun Twitter hesabında paylaşılan yazıda, "Qara dənizdəki enerji bazamızı birləşdirən boruların Sakarya Qaz Sahəsi Torpaq Tesisinə yerləşdirilməsi prosesi uğurla tamamlandı. Enerji Müstəqil Türkiyə, 20 aprel 2023-cü il" ifadəsi yer alıb.
Sakarya Qaz Sahəsindəki son yeniləmələrlə Qara dənizdəki qaz ehtiyatı 710 milyard kubmetrə çatıb. Aprelin 20-də prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimlə Qara dəniz qazının endirilməsi nəzərdə tutulur.
Jalə
Manşet.az