Lavrov Türkiyəyə səfər edəcək

00:10 - 06 Aprel 2023

Lavrov Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 6-7-də Türkiyədə keçiriləcək görüşdə "Akkuyu" atom elektrik stansiyalarının (AES) tikintisini və "Türk axını" layihəsini müzakirə edəcəklər.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Akkuyu" AES-in tikintisi, "Türk axını" qaz kəmərinin istismarı kimi strateji layihələr üzrə birgə işlərə toxunulacaq", - Rusiya XİN-in yaydığı bəyanatda deyilir.

Görüşlər zamanı geniş spektrli problemlərin, öncə qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən, ticarət, energetika və turizm üzrə ikitərəfli qarşılıqlı fəaliyyətin vəziyyətinin və perspektivlərinin müzakirə olunacağı planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az