Rusiya cəbhədən istədiyi nəticəni əldə edə bilmədiyi üçün Putin hərəkətə keçib.
Manset.az-ın Hurriyet.com.tr-yə istinadən məlumatına görə, Britaniya kəşfiyyatı Putinin cəbhədəki əsas generalı vəzifəsindən azad etdiyini açıqlayıb. General Rüstəm Muradov Rusiyanın Şərq Qüvvələri Qrupunun komandanı vəzifəsindən azad edilib.
Bu məlumatın kəşfiyyat hesabatlarına əsaslandığı və dəqiqlik dərəcəsinin yüksək olduğu bildirilib.
Qeyd edək ki, Rüstəm Muradov 2020-сi il noyabrın 11-dən 2021-ci il sentyabrın 9-dək Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı olub.
Manşet.az