Rusiya xarici işlər nazirinin müavini bu yaxınlarda ABŞ-la müharibə vəziyyətində olduqlarını bəyan etmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu açıqlama ilə bağlı mətbuatın sualını cavablandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lavrov mövzu ilə bağlı bunları deyib:
"Əslində biz qaynar müharibə mərhələsindəyik. Çünki ukraynalı nasistlər Amerika silahları ilə vuruşurlar. Amerika administrasiyası hər dəfə daha uzun mənzilli və ölümcül sistemlər tədarük etməklə hədələyir. Amma hesab edirəm ki, münasibətlər qorunmalıdır. Ən azından biz amerikalıların ayılaraq bir növ dialoqa başlayacağına ümidimizi itirməmişik. Görərik. Bu çox çəkməyəcək”.
Manşet.az