Finlandiyanın baş naziri Sanna Marin hökumətinin istefasını bu gün Finlandiya prezidenti Sauli Niinistöyə təqdim edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya hökumətindən verilən açıqlamaya görə, Niinistö Marinin istefasını qəbul edib və yeni hökumət qurulana qədər köhnə hökumətin müvəqqəti olaraq davam etməsini istəyib.
Bəyanata görə, müvəqqəti hökumət yalnız rutin və təxirəsalınmaz işlərlə məşğul olacaq.
Manşet.az