“WhatsApp” dizaynını dəyişir - FOTO

17:23 - 06 Aprel 2023

“WhatsApp” dizaynını dəyişir - FOTO

Milyonlarla insanın istifadə etdiyi “WhatsApp” Android versiyasında əhəmiyyətli bir dəyişikliyi sınaqdan keçirməyə başlayıb.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, mesajlaşma platforması, illərdir eyni olan dizaynını dəyişəcək.

WhatsApp-ın yeni dizaynından ilk görüntülər gəlib.

Yeniliyə görə, Android istifadəçiləri iOS istifadəçiləri kimi yeni ana səhifə görünüşünə sahib olacaqlar.

İstifadəçilər artıq yeni söhbətə və ya tətbiqin başqa hissəsinə keçmək üçün aşağıda yerləşdirilmiş menyulardan istifadə edə biləcəklər

Yenilənmiş dizayn sınaq mərhələsindədir.

Onun Android istifadəçilərinə nə zaman təqdim ediləcəyi hələki məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az