İsrail naziri Livandan İsrailə raket hücumlarını müzakirə etmək və vəziyyəti qiymətləndirmək üçün yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə təcili iclas keçirəcək.
Manset.az Trthaber-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Gallant İsrail rəsmilərindən ölkənin şimal sərhədindəki təhlükəsizlik vəziyyəti ilə bağlı məlumat alıb.
İsrailin fövqəladə hallar xidməti hücum zamanı yaralananların olduğunu bildirib.
Verilən açıqlamada, hadisədən sonra sağlamlıq qruplarının yüksək hazırlıq vəziyyətinə keçdiyi və raket hücumu nəticəsində yaralananlara cavab verildiyi bildirilib.
Bir israilli qəlpələrdən yüngül yaralanıb, digəri isə sığınacağa qaçarkən yaralanıb.
Hücumdan sonra İsrail ordusu Livanın cənubunu artilleriya atəşi ilə vurub.
Jalə