Niderland Bosniya və Herseqovinaya 160 əsgər göndərəcək

18:52 - 06 Aprel 2023

Niderland Bosniya və Herseqovinaya 160 əsgər göndərəcək

Niderland Avropa İttifaqının Bosniya və Herseqovinadakı Sülhməramlı Missiyasına 160 hərbçi göndərəcək.

 

Manset.az xəbər verir ki, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyindən verilən ortaq yazılı açıqlamada Nazirlər Şurasının Bosniya və Herseqovinadakı Avropa İttifaqı Sülhməramlı Qüvvələri Missiyasına (EUFOR Althea) əsgər göndərilməsinə qərar verdiyi bildirilib.

Açıqlamada oktyabr ayında Bosniya və Herseqovinadakı EUFOR Althea-ya 150 əsgərin göndəriləcəyi, iyun ayında isə 10 əsgərin bölgəyə kəşfiyyat məlumatı toplamaq üçün gedəcəyi bildirilib.

Rusiya və Çinin Bosniya və Herseqovina üzərində təsirlərini artırmağa çalışdıqları qeyd edilərək, Qərbi Balkanların stabil regionunun Niderland və Avropa İttifaqı (Aİ) üçün vacib olduğu qeyd edilib.

Açıqlamada Rusiyanın AB və NATO-ya daxil olmasının qarşısını almaq üçün Bosniya və Herseqovinanın sabitliyini pozmağa çalışdığı, Çinin isə Qərbi Balkanları “Avropaya qapı” olaraq gördüyü və iqtisadi maraqlarının olduğu vurğulanıb.

Ukraynadakı müharibədən sonra EUFOR Althea-nın əhəmiyyətinin daha da artdığına diqqət çəkilərək, bölgəyə gedəcək 150 əsgərin 1 il, 10 əsgərin isə 2 il xidmət edəcəyi paylaşılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az