İslam Əməkdaşlıq Təşkilatı (İƏT) aprelin 8-də İsrail qüvvələrinin Məscidül-Əqsaya hücumlarını müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.
Manset.az Trthaber-ə istinadən xəbər verir ki, İƏT-dən verilən yazılı açıqlamada, İsrail qüvvələrinin Məscidül-Əqsaya hücum və basqınlarına qarşı Fələstin və İordaniyanın çağırışından sonra Təşkilatın şənbə günü daimi üzvlər səviyyəsində toplanacağı bildirilib.
Açıqlamada, iclasda İsrail qüvvələrinin Məscidül-Əqsaya basqınlarının və namaz qılan camaata hücumunun müzakirə ediləcəyi, İƏT-in baş katibi Hüseyn İbrahim Tahanın da iclasda çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, İsrail polisi aprelin 4-ü səhər namazından sonra rezin üzlüklü güllələr və səs bombalarından istifadə edərək Məscidül-Əqsaya basqın edib.
Basqın əsnasında İşğal altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsanın həyətinə toplaşan bir qrup fələstinli gənc ilə polis arasında atışma baş verib. İsrail polisi Fələstinli qrupa səs bombaları və rezin üzüklü güllələrlə müdaxilə edib. Bir Fələstinlini saxlayıb.
Jalə