Türkiyədə bələdiyyə sədri infarkt keçirən şəxsin həyatını xilas etdi - VİDEO

09:09 - 07 Aprel 2023

Türkiyədə bələdiyyə sədri infarkt keçirən şəxsin həyatını xilas etdi - VİDEO

Türkiyənin Manisa vilayətində Nazmi Başaran adlı şəxs namaz qıldığı zaman vəziyyəti pisləşib və yerə yıxılıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu zaman orada olan bələdiyyə sədri Mehmet Çerçi ona ilkin tibbi yardımı göstərib.

Eyni zamanda həkim olan bələdiyyə sədri Mehmet Çerçi və həmçinin qadınlar olan hissədən köməyə gələn tibb bacısı infarkt keçirən şəxsi ölümdən xilas ediblər.

Cerçi ona ürək masajı edib, tibb bacısı isə süni nəfəs verib. Daha sonra Nazmi Başaran sağlamlıq qruplarına təhvil verilib və o, xəstəxanaya aparılıb. Onun infarkt keçirdiyi məlum olub. Başaranın reanimasiya şöbəsində müalicəsi davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az