Ərinin çayına zəhər qatan qadın yaxalandı - Gizli kamera görüntüləri məhkəmədə... (VİDEO)

12:00 - 07 Aprel 2023

Ərinin çayına zəhər qatan qadın yaxalandı - Gizli kamera görüntüləri məhkəmədə... (VİDEO)

ABŞ-ın Kaliforniya ştatında yaşayan 46 yaşlı dermatoloq qadın ərini zəhərləməyə cəhddə böyük münsiflər heyəti tərəfindən ittiham edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, prokurorluqdan verilən məlumatda bildirilib ki, qadın ərinin mətbəxə yerləşdirdiyi gizli kamera sayəsində cinayət başında yaxalanıb.

Qadının əri, rentgenoloq Cek Çen 2022-ci ilin aprelində xəstələnəndə həyat yoldaşından şübhələnməyə başlayıb. “Limonadımda kimyəvi dad hiss etməyə başladım” - deyən kişi arvadının xəbəri olmadan mətbəxə gizli kameralar yerləşdirib.

Kamera görüntüləri dəhşətli həqiqəti üzə çıxarıb. Arvadı kişinin içkilərinə tualet təmizləyici maye tökürmüş.

Arvadının ona hazırladığı çaydan nümunələr götürüb, tualet təmizləyici maye ilə uyğun olduğunu analiz etdirən kişi həyat yoldaşı haqqında cinayət işi açıb.

46 yaşlı dermatoloqun vəkili cütlüyün boşanma prosesində olduğunu bildirərək ittihamları rədd edib. Qadın həbs edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az