Ramazan ayının başlaması ilə hücumlarını artıran İsrail qüvvələri səhər namazı üçün Məscidül-Əqsaya gələn fələstinlilərin girişini kəsib, Hitta qapısından içəri daxil olmaq istəyən fələstinlilərə dəyənəklərlə hücum edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail qüvvələrinin müdaxiləsi ilə fələstinlilərin bir qismi bölgədən qaçıb, bir qismi isə yerə yıxılıb.
İsrail polisi iki gün əvvəl gecə saatlarında Məscidül-Əqsaya basqın edərək, Qiblə Məscidinə sığınanlara qarşı səs bombası və rezin güllələrdən istifadə edib, dəyənəklə döyüb, əlləri tərs qandalla bağlayaraq nəzarətə götürüb.
Manşet.az