İsrail qüvvələri Əl-Əqsa məscidinə daxil olmaq istəyən fələstinlilərə hücum etdi

12:08 - 07 Aprel 2023

İsrail qüvvələri Əl-Əqsa məscidinə daxil olmaq istəyən fələstinlilərə hücum etdi

Ramazan ayının başlaması ilə hücumlarını artıran İsrail qüvvələri səhər namazı üçün Məscidül-Əqsaya gələn fələstinlilərin girişini kəsib, Hitta qapısından içəri daxil olmaq istəyən fələstinlilərə dəyənəklərlə hücum edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail qüvvələrinin müdaxiləsi ilə fələstinlilərin bir qismi bölgədən qaçıb, bir qismi isə yerə yıxılıb.

İsrail polisi iki gün əvvəl gecə saatlarında Məscidül-Əqsaya basqın edərək, Qiblə Məscidinə sığınanlara qarşı səs bombası və rezin güllələrdən istifadə edib, dəyənəklə döyüb, əlləri tərs qandalla bağlayaraq nəzarətə götürüb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az