Filippinin Pampanqa əyalətində Katolik Kilsəsinin məktəb üzvlərinin keçirəcəyi “Müqəddəs cümə ritualı”ndə 12 nəfər özünü çarmıxa çəkəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, paytaxt Manilanın şimal bölgəsindəki San Pedro Cutued qəsəbəsində, Kovid-19 epidemiyası səbəbiylə 3 ildir dayanan ənənəvi ayin bu il 12 nəfərin çarmıxa çəkilməsi ilə davam etdiriləcək.
Çarmıxa çəkilmə mərasimindən başqa, tövbə etmək istəyən xristian ziyarətçilər şəhər mərkəzindən ritual yerinə qədər ayaqyalın və yarıçılpaq gəzərək, kürəklərinə bambuk çubuqlarla vuraraq “etiraf edirlər”.
Filippindəki Katolik Kilsəsinin liderləri verdiyi açıqlamada, Filippindəki katoliklərə xas olan ritualların bədənə zərər verdiyi üçün tərk edilməli olduğunu bildiriblər. Bəyanatda bu ayinlərin yerinə “qanvermə” kimi xeyriyyə işlərinə diqqət yetirilməsi tövsiyə olunub.
Manşet.az