Teslada QALMAQAL: Sürücülərin şəxsi görüntüləri yayımlandı

14:31 - 07 Aprel 2023

Teslada QALMAQAL: Sürücülərin şəxsi görüntüləri yayımlandı

Tesla əməkdaşlarının avtomobillərdəki kameralar vasitəsilə sürücülərin və qəzaların şəxsi görüntülərini lentə alıb ofisdəki mesajlaşma qruplarında paylaşdıqları iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tesla-nın üzərində 8 kamera var və şirkətə görə, bunlar sürücünün məxfiliyini pozmamaq üçün nəzərdə tutulub.

İngiltərədə yerləşən Reuters xəbər agentliyinə danışan, kimliklərini açıqlamayan 9 keçmiş Tesla işçisi, elektrikli avtomobillərdəki kameraların qeyd etdiyi görüntülərin 2019-2022-ci illərdə təkbətək mesajlarda və ortaq qruplarda paylaşıldığını iddia edib.

Keçmiş Tesla işçilərindən biri deyib:

"Biz sürücülərin qarajları və evlərinin içini görə bilirdik. Görüntülərdə müxtəlif intim görüntülər var idi”.

Bundan başqa, keçmiş işçilər şirkətin baş direktoru İlon Maskın avtomobilindəki kameranın görüntülərinin də paylaşıldığını iddia ediblər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az