Çin, suverenlik mübahisəsi olan Tayvanın lideri Tsai İnq-venin ABŞ-a səfəri zamanı təmaslarına vasitəçilik edən iki təşkilat və onların rəhbərlərinə sanksiya tətbiq edəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, Tsainin getdiyi Hudson İnstitutu ilə Ronald Reyqan Prezident Kitabxanası, ABŞ-ın analitik mərkəzinin, Çin materiki və Pekinin səlahiyyətində olan Honq-Konq və Makao xüsusi inzibati bölgəsindəki şəxslər, qurumlar və universitetlərlə hər cür fəaliyyət və əməkdaşlığı qadağandır.
Digər tərəfdən, Hudson İnstitutunun Qəyyumlar Şurasının sədri Sarah Mey Stern, prezident və baş icraçı direktor Con Uolters, Ronald Reyqan Prezident Kitabxanasının baş inzibatçısı Coan Dreyk və keçmiş direktor Con Heubuşun da fərdi qaydada sanksiyaya məruz qalacağı bildirilib.
Bu şəxslərin Çindəki aktivləri dondurulduğu müddətdə Çin şirkətləri və fiziki şəxsləri ilə pul köçürmələri, ortaqlıqlar qurmaq və hər hansı qarşılıqlı əlaqə və ya əməkdaşlıq etmək qadağandır.
Manşet.az