İran İsrailin fələstinlilərə hücumları və Məscidül-Əqsaya basqın etməsinə görə İslam Əməkdaşlıq Təşkilatını fövqəladə iclasını çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran prezidenti İbrahim Rəisi İndoneziya Prezidenti Coko Vidodo ilə telefon danışığı aparıb. İran Fələstində baş verən son hadisələri müzakirə etmək üçün İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasını çağırıb.
İslam dünyasının qlobal bərabərlikdə yaxınlaşması lazım olduğunu bildirən Rəisi İslam ölkələri arasında əlaqələri dərinləşdirəcək hər hansı təşəbbüsü dəstəklədiklərini bildirib. İndoneziya Prezidenti Vidodo isə İƏT-in fövqəladə toplantısı təklifini alqışlayıb və bu görüşün keçirilməsinin İslam ölkələri arasında əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacağına ümid etdiyini bəyan edib.
Manşet.az