İsveç Türkiyənin tələbini yerinə YETİRMƏDİ

18:20 - 07 Aprel 2023

İsveç Türkiyənin tələbini yerinə YETİRMƏDİ

İsveç terrorçuluqda ittiham olunan şəxsi Türkiyəyə təhvil verməkdən imtina edib.

 

Manset.az xəbər verir ki, bu barədə İsveçin TT informasiya agentliyi məlumat yayıb.

Rəsmi Stokholm təhvil verməkdən imtina etdiyi şübhəlinin İsveç vətəndaşı olduğunu və buna görə ekstradisiya edilə bilməyəcəyini açıqlayıb.

Türkiyənin terror təşkilatının üzvü hesab etdiyi 50 yaşlı kişinin ekstradisiya tələbi 2022-ci ildə irəli sürülüb.

Qeyd edək ki, rəsmi Ankara terrorçularla bağlı tələbləri yerinə yetirmədiyi üçün İsveçin NATO-ya üzv olmasına razılıq verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az