"Bütün bölgələrdə polis və təhlükəsizlik qüvvələrinin işinə əlavə olaraq, lisenziyalı silahı olan və qanuni çərçivədə ondan istifadə etməyi bilən hər kəsi silah gəzdirməyə çağırıram"
Manset.az Sozcu-yə istinadən xəbər verir ki, bu barədə İsrail polis rəisi Kobi Şabtai açıqlama verib.
O bundan əlav polisin ayıq-sayıq olması lazım olduğunu bildirib və təhlükəsizlik bölmələrinin işinə toxunub.
Şabtai, işğal altındakı Şərqi Qüdsdə İordaniya Vadisi bölgəsindəki hücumu və son inkişafları qiymətləndirmək üçün təhlükəsizlik qüvvələri ilə keçirdiyi görüşdə Qüds mərkəzli əməliyyat hazırlıqlarımız bütün bölgələrdə davam edir. Hər bir polis ayıq-sayıqlığını ən yüksək səviyyədə saxlamalıdır deyib.
Qeyd edək ki, İordan çayının qərb sahilinin İordan Vadisi bölgəsində bir yəhudi yaşayış məntəqəsi yaxınlığında silahlı hücum nəticəsində 2 nəfər ölüb, biri ağır yaralanıb.
Jalə
Manşet.az