Ukrayna Polşaya taxıl ixracını dayandırır

22:47 - 07 Aprel 2023

Ukrayna Polşaya taxıl ixracını dayandırır

Ukrayna Polşaya taxıl ixracını dayandırmaq qərarına gəldiyini və yalnız tranzit üçün taxıl göndərəcəyini açıqlayıb.

 

Manset.az İHA-ya istinadən xəbər verir ki, Polşa fermerlərinin ucuz Ukrayna taxılına etirazları Kənd İnkişaf və Kənd Təsərrüfatı naziri Henrik Kovalçikin istefası ilə nəticələndikdən sonra taxıl böhranında yeni məsələ ortaya çıxıb.
 
Dünən Kənd İnkişaf və Kənd Təsərrüfatı Naziri postunu tutan Robert Telus Ukraynanın Polşaya taxıl ixracını dayandırmaq qərarına gəldiyini bəyan edib. Robert Telus bu gün Polşa-Ukrayna Dorohusk-Yaqodzin sərhəd keçid məntəqəsində ukraynalı həmkarı Mikola Solski ilə görüşüb. Polşada anbarlarda yığılan 3,5 tondan çox Ukrayna taxılının problemini müzakirə edən iki nazir daha sonra mətbuata açıqlamalar verib.
 
Polşanın kənd inkişafı və kənd təsərrüfatı naziri Robert Telus bəyan edib ki, Ukrayna tərəfi polşalı fermerlərin problemini başa düşür, ona görə də Polşaya taxıl ixracını tamamilə dayandırmağı təklif edib. Təklifi müsbət qarşıladıqlarını bildirən Robert Telus, Ukraynanın başqa ölkələrə ixrac edilməsi şərti ilə yalnız Polşaya tranzit üçün taxıl göndərəcəyini bildirib.
 
Telus bildirib ki, Ukrayna taxılının Polşada qalmaması üçün çox ciddi nəzarət həyata keçiriləcək.

Həm polşalı, həm də ukraynalı fermerlər üçün vəziyyətin kifayət qədər mürəkkəb olduğunu bildirən Ukraynanın Ərzaq və Kənd Təsərrüfatı Siyasəti naziri Mikola Solski, "Bu vəziyyətdən kimin məsuliyyət daşıdığını hamımız bilirik, lakin bu problemi həll etməliyik", deyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az