Üçüncü “TOGG” bu prezidentə verildi

23:02 - 07 Aprel 2023

Üçüncü “TOGG” bu prezidentə verildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan lideri Şavkat Mirziyoyevə yerli istehsal olan "TOGG" elektromobilini hədiyyə edib.

 

Manset.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Bununla da indiyədək "TOGG" avtomobilinə üç prezident sahib olub. 

Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “TOGG” Azərbaycan Prezidenti İlham Əliyevə, bir gün əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təqdim edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az