İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin bütün ehtiyatda olan şəxsi heyətinin və əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib.
Manset.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
"Baş nazir Təl-Əvivdəki terror aktı ilə bağlı məlumatlandırılıb. Hökumət başçısı İsrail polisinə MAGAV-ın ehtiyatda olan şəxsi heyətinin (hərbi polis - Red), İsrail Müdafiə Qüvvələrinin əlavə qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib”-, deyə məlumatda vurğulanıb.
Netanyahu həmçinin vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.