İsrail ordusu Suriya ərazisinə zərbələr endirib

10:09 - 09 Aprel 2023

İsrail ordusu Suriya ərazisinə zərbələr endirib

İsrail Silahlı Qüvvələri daha əvvəl edilən raket hücumuna cavab olaraq Suriya ərazisini atəşə tutur.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (İMO) məlumat yayıb.

“İMO-nun artilleriya qüvvələri Suriyada raketlərin buraxıldığı ərazini atəşə tutur”, - məlumatda deyilib.

İsrail ordusu şənbə günü axşam saatlarında Suriya ərazisindən üç raketin atıldığını qeydə alıb, onlardan biri İsrail ərazisinə keçərək Colan təpələrində yaşayış olmayan əraziyə düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az