Türkiyənin ilk milli müşahidə peykinin buraxılış tarixi açıqlandı - FOTO

16:25 - 09 Aprel 2023

Türkiyənin ilk milli müşahidə peykinin buraxılış tarixi açıqlandı - FOTO

Türkiyənin ilk milli müşahidə peyki "İMECE" aprelin 11-də kosmosda orbitə buraxılacaq.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb.

"Yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peykimiz olan “İMECE” aprelin 11-də orbitə buraxılacaq.

Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində biz qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik", - deyə dövlət başçısı bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az