Alp dağlarında qar uçqunu: 4 nəfər öldü

18:39 - 09 Aprel 2023

Alp dağlarında qar uçqunu: 4 nəfər öldü

Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə bazar günü Fransanın daxili işlər və xarici ərazilər naziri Cerald Darmanin bildirib.

"Uçqun Alp dağlarında Armansette buzlaqına düşüb. İlkin məlumatlara görə, 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xilasedicilər işlərini davam etdirirlər", - o, Twitter-də yazıb.

Le Dauphine qəzetinin yazdığına görə, insident yerli vaxtla saat 11:27-də (Moskva vaxtı ilə 12:27) baş verib. Qəzet xəbər verir ki, axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az