Ərdoğan Şavkat Mirziyoyevə də yeni türk elektromobili göndərdi

20:32 - 09 Aprel 2023

Ərdoğan Şavkat Mirziyoyevə də yeni türk elektromobili göndərdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın vaxtlarda Türkiyənin yeni "Togg T10X" elektromobilini alacaq.

 

Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mitinqdə çıxışı zamanı deyib.

"Togg" artıq ölkənin yollarında hərəkət edir. Onlardan birini qardaşım, Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Daha birini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göndərdik", - o deyib.

Ərdoğan əlavə edib ki, il ərzində ölkə vətəndaşları üçün bu maşınlardan 20 min ədəd istehsal etmək planlaşdırılır.

Xatırladaq ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az