ATƏT sədri Cənubi Qafqaza GƏLİR

23:26 - 09 Aprel 2023

ATƏT sədri Cənubi Qafqaza GƏLİR

Aprelin 10-11-də Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ATƏT-in sədri kimi Gürcüstana rəsmi səfər edəcək.

 

Manset.az  xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Buyar Osmanini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili qəbul edəcək.

Səfər çərçivəsində o, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, ölkə Prezidenti Salome Zurabişvili, parlamentin sədri Şalva Papuaşvili, eləcə də barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani ilə görüşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az