İranın Xuzistan, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində 5 mindən çox tələbə qız zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkədə indiyədək 5 mindən çox şagirdin əziyyət çəkdiyi zəhərlənmə halları Novruz bayramının bitməsi ilə yenidən başlayıb.
İran dövlət televiziyasının xəbərinə görə, Heftkel Sağlamlıq və Müalicə Mərkəzinin rəhbəri Maziyar Mövlayi Xuzistan əyalətinin Heftkel şəhərində tələbənin zəhərlənməsi ilə bağlı açıqlama verib.
Mövlayi bildirib ki, şəhərdəki Hacer Liseyində bəzi şagirdlərin səhhətinin pisləşdiyi xəbərini aldıqdan sonra təcili tibbi yardım qrupları sözügedən məktəbə gedib, bəzi qız şagirdlər isə xəstəxanaya aparılıb.
Sağlamlıq qruplarının, eləcə də valideynlərin öz imkanları ilə şagirdləri xəstəxanaya apardığını qeyd edən Mövlayi, sözügedən hadisə nəticəsində 66 qız şagirdin müalicə olunduğunu bildirib.
Mövlayi xəstəxanaya çatdırılan tələbələrin vəziyyətinin yaxşı olduğunu bildirib.
Manşet.az