BBC ilə İlon Mask arasında GƏRGİNLİK

12:39 - 10 Aprel 2023

BBC ilə İlon Mask arasında GƏRGİNLİK

BBC Twitter-in platformadakı əsas hesablarından birinə “hökumət tərəfindən maliyyələşdirilən media orqanı” ifadəsini əlavə etməsinə etiraz edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, BBC məsələ ilə bağlı Twitter ilə əlaqə saxlayıb.

Problemi ən qısa zamanda həll etmək üçün @BBC istifadəçi adı olan hesabla bağlı sosial media platforması ilə danışdıqlarını bildirən yayımçı, “BBC müstəqildir və bu həmişə belə olub. Biz gəlirimizi Britaniya ictimaiyyəti tərəfindən ödənilən illik televiziya lisenziyası ödənişlərindən əldə edirik” - deyib.

Böyük Britaniyada canlı TV yayımlarına baxmaq üçün qanunla tələb olunan illik 159 funt sterlinq lisenziya haqqı hökumət tərəfindən müəyyən edilir.

Ancaq ödənişi ölkədə yaşayan ev təsərrüfatları edir.

Lisenziya haqqı BBC-nin televiziya, radio, xəbər saytları, podkastlar və proqramlar kimi xidmətlərini maliyyələşdirir.

2,2 milyon izləyicisi olan @BBC hesabında BBC yayımları haqqında yazılar var. Bu yazılara televiziya və radio proqramları, podkastlar, xəbərlər və idman verilişləri ilə bağlı materiallar daxildir.

Sözügedən ifadə həmçinin Twitter-in hökumətə bağlı media hesabları ilə bağlı siyasətinin izah edildiyi bir keçidə gətirib çıxarır.

Böyük Britaniyanın milli yayım şirkəti olan BBC-nin nizamnaməsinə əsasən, təşkilat redaksiya qərarları qəbul etməkdə, yayım və xidmətlərini idarə etməkdə “müstəqil olmalıdır”.

Twitter də eyni ifadəni ABŞ-ın ictimai yayımçısı NPR-nin hesabında da yerləşdirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az