Pentaqondan Ukrayna ilə bağlı gizli sənədlər sızdırıldı

14:24 - 10 Aprel 2023

Pentaqondan Ukrayna ilə bağlı gizli sənədlər sızdırıldı

Pentaqondan sızan bəzi sənədlərdə Ukrayna ordusunun hava hücumundan müdafiə sistemlərinin sursatlarının tezliklə bitə biləcəyi aşkarlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 23 fevral tarixli məxfi sənəddə Ukraynanın ixtiyarında olan sovet dövründən qalma S-300-lərin raketlərinin mayın 2-dək tükənə biləcəyi bildirilib.

28 fevral tarixli başqa bir sənəddə isə Kiyev qüvvələrinə məxsus Sovet istehsalı olan “Buk” raket sistemlərinin güllələrinin də aprelin ortalarına qədər bitə biləcəyi yazılıb.

ABŞ-ın aparıcı qəzetlərindən olan New York Times-ın (NYT) məlumatına görə, bu raket sistemləri Ukraynanın Rusiya qırıcı və bombardmançı təyyarələrinə qarşı müdafiəsinin 89 faizini təşkil edir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az