“Çinin təxribatlara reaksiya vermək hüququ var” - Putinin sözçüsü

15:01 - 10 Aprel 2023

“Çinin təxribatlara reaksiya vermək hüququ var” - Putinin sözçüsü

"Rusiya Federasiyası Çinə qarşı təxribat xarakterli hərəkətlərin şahidi olub. Pekinin bu təxribatlara reaksiya vermək hüququ var”.

 

Manset.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Çox qısa müddət ərzində biz Çin Xalq Respublikasına qarşı təxribat xarakterli çoxsaylı hərəkətlərin şahidi olduq. Təbii ki, Çinin bu təxribatçı hərəkətlərə cavab vermək, o cümlədən beynəlxalq hüquq normalarına ciddi uyğun olaraq hərbi manevrlər keçirmək hüququ var. Hər kəs digər ölkələr kimi Çinin də bu cür hərəkətlər etmək hüququna hörmət etməlidir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Çin Müdafiə Nazirliyinin rəsmisi Şi Yi ölkəsinin Silahlı Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq aprelin 8-10-da Tayvan ətrafındakı dəniz və hava məkanında təlimlər və patrul hərəkətləri həyata keçirdiyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az