Polis qüvvəsinin yeni üzvü: Dovşan polis - FOTO

16:12 - 10 Aprel 2023

Polis qüvvəsinin yeni üzvü: Dovşan polis - FOTO

ABŞ-ın Kaliforniya ştatında məmur B-Graves dovşanını polis bölməsinə aparıb və ona polis forması geyindirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, patrul xidməti zamanı dovşanı görən məmur onu polis bölməsinə aparıb. “İtaətkar və mehriban” olaraq xarakterizə edilən dovşana “K9” forması geyindirilib.

Şəhər Polis İdarəsindən verilən açıqlamada, “Dovşan heyvan nəzarət mərkəzinə aparılıb. Sonra ona sahib olmağı seçdik” – deyilib.

"Xoşbəxtlik məmuru" kimi adlanan dovşan hüquq-mühafizə orqanlarının üzvlərinə stressi aradan qaldırmağa kömək edir və emosional dəstək verir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az