Alp dağlarında uçqun - Ölənlərin sayı artır

21:29 - 10 Aprel 2023

Alp dağlarında uçqun - Ölənlərin sayı artır

Fransanın cənub-şərqində Alp dağlarında qar uçqunu nəticəsində 6 nəfər ölüb.
 

Manset.az-ın France info-ya istinadən xəbərinə görə, dünən Fransanın Alp dağlarında Mont-Blanc bölgəsində qar uçqunu baş verib.

Verilən rəsmi açıqlamaya görə, bu səhər axtarış-xilasetmə işləri zamanı daha bir nəfərin cəsədinin tapılmasından sonra ölənlərin sayı 6-ya yüksəlib. Həyatını itirənlərdən 2-si alpinist, 2-si bələdçİ olub.

Bölgə rəsmiləri bir nəfər yaralı olaraq uçqun altından çıxarıldığını, 8 alpinistin isə hadisədən xəsarət almadan xilas olduğunu qeyd edib.

Jalə

Manset.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az