İranda bayrağı söküb, Xamenei əleyhinə şüar səsləndirdilər

00:01 - 11 Aprel 2023

İranda bayrağı söküb, Xamenei əleyhinə şüar səsləndirdilər

ranın Kürdüstan əyalətində gərginlik pik həddə çatıb.

 

Manset.az  globalinfo.az-a istinadən xəbər verir ki, gərginliyin artmasına əsas səbəb qızlar məktəbində kimyəvi zəhərlənmə halları olub. Bildirilir ki, qızların valideynləri ilə güc strukturları arasında toqquşma yaşanıb.

Nəticədə etirazçılar məktəbdən İran bayrağını sökərək, ali dini lider Əli Xameneinin əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, adı çəkilən bölgədə son kimyəvi zəhərlənmədən 47 nəfər zərər görüb. Onlardan 20-nin vəziyyəti ağır olaraq qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az