Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələ olub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Dulkadiroğlu rayonunda baş verən yeraltı təkanın gücü 4 bal olub.
Yerli vaxtla saat 01:45-də qeydə alınan zəlzələ yerin 7,18 kilometrliyində baş verib.