Çinin texnologiya nəhəngi Alibaba, ChatGPT-yə bənzər süni intellekt chatbotu "Tongyi Qianwen"i işə salmağı planlaşdırdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkətin bulud hesablama bölməsi chatbotun “yaxın gələcəkdə” Alibaba sistemlərinə inteqrasiya olunacağını bildirsə də, vaxt qrafiki təqdim etməyib.
Şirkət Tongyi Qianwen-in iclaslardakı çıxışları yazılı qeydlərə çevirmək, elektron məktublar yazmaq və iş təklifləri hazırlamaq kimi bir sıra vəzifələri yerinə yetirəcəyini açıqlayıb.
Alibaba da bu ilin əvvəlində ChatGPT-yə rəqib təqdim edəcəklərini bəyan etmişdi.
İngiliscə ad versiyası hələ açıqlanmayan "Tongyi Qianwen" təxminən "min sual soruşmaq və cavab axtarmaq" kimi tərcümə olunur.
Manşet.az