ABŞ-ın Missuri ştatının polisi əvvəllər iki dəfə bank quldurluğu ilə bağlı məhkum olunmuş 78 yaşlı qadının üçüncü dəfə quldurluq etdiyinə görə həbs edildiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məhkəmə sənədlərinə əsasən, Bonni Quç adlı yaşlı qadın, qara N95 maskası, qara günəş eynəyi və plastik əlcəklər taxaraq, banka girib və kassaya "Mənə 13.000 kiçik əskinas lazımdır" yazılmış bir qeyd verib.
Prokurorlar müşahidə kamerası görüntülərində Quçun masaya vurduğunu, pulun daha tez çatdırılmasını tələb etdiyini göstərib.
Quç hazırda 25 min dollar girov iddiası ilə həbsdədir. Lakin bu, onun ilk soyğunu deyil. Onun daha iki məhkumluğu var.
Manşet.az