Bu ölkə Çinin “ən çox əhalisi olan ölkə” titulunu əlindən alır

11:21 - 11 Aprel 2023

Bu ölkə Çinin “ən çox əhalisi olan ölkə” titulunu əlindən alır

Çin “ən çox əhalisi olan ölkə” titulunu Hindistana itirir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dünya əhalisinin 8 milyarda yaxınlaşması ilə Hindistan əhalisinin Çini ötəcəyi gözlənilir. Birləşmiş Millətlər Təşkilatının açıqladığı hesablamalara görə, Hindistan aprelin sonunda dünyanın ən sıx məskunlaşdığı ölkə sayılan Çini keçəcək.

Hindistanda hər 10 ildən bir keçirilən siyahıyaalma koronavirus epidemiyası səbəbindən bu ilə təxirə salınıb. Burada əhalinin 1 milyard 423 milyon nəfəri keçəcəyi proqnozlaşdırılır.

Çində əhalinin sayı 60 ildə ilk dəfə azalıb. Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisi 1960-cı illərdən bəri ilk dəfə olaraq 850 min nəfər azalıb.

Hesablamalara görə, noyabr ayında dünya əhalisinin sayı 8 milyarda çatacaq, 2100-cü ildə isə onun 10 milyardı keçəcəyi gözlənilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az