Bitcoin qiyməti 10 aydan sonra yenidən olduqca yüksəldi

11:48 - 11 Aprel 2023

Bitcoin qiyməti 10 aydan sonra yenidən olduqca yüksəldi

ABŞ Federal Ehtiyat Sisteminin (FED) bank böhranı səbəbiylə faiz artımı dövrünə son qoyacağına dair gözlənti olan Bitcoin-in qiyməti 10 ay sonra yenidən 30 min dolları keçib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qlobal kriptovalyuta bazarının, o cümlədən Bitcoin (təxminən 23 000 kriptovalyutanın bazar dəyəri) dəyəri cəmi 24 saat ərzində təxminən 5 faiz artaraq 1,24 trilyon dolları ötüb.

FED-in bank böhranı səbəbindən faiz artımı dövrünə son qoyacağı gözləntiləri investorların Bitcoin kimi riskli aktivlərə iştahını artıracağından ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti 24 saat ərzində 7 faizdən çox artıb.

Bitcoin-in qiyməti Pasxa bayramından sonra erkən əməliyyatlarda 30 min 400 dollara qalxarkən, artıq 30 min dolların üzərində ticarət edir. Beləliklə, bitkoinin qiyməti 2022-ci ilin iyun ayından bəri ilk dəfə olaraq 30 min dolları ötüb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az