ABŞ Federal Ehtiyat Sisteminin (FED) bank böhranı səbəbiylə faiz artımı dövrünə son qoyacağına dair gözlənti olan Bitcoin-in qiyməti 10 ay sonra yenidən 30 min dolları keçib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qlobal kriptovalyuta bazarının, o cümlədən Bitcoin (təxminən 23 000 kriptovalyutanın bazar dəyəri) dəyəri cəmi 24 saat ərzində təxminən 5 faiz artaraq 1,24 trilyon dolları ötüb.
FED-in bank böhranı səbəbindən faiz artımı dövrünə son qoyacağı gözləntiləri investorların Bitcoin kimi riskli aktivlərə iştahını artıracağından ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti 24 saat ərzində 7 faizdən çox artıb.
Bitcoin-in qiyməti Pasxa bayramından sonra erkən əməliyyatlarda 30 min 400 dollara qalxarkən, artıq 30 min dolların üzərində ticarət edir. Beləliklə, bitkoinin qiyməti 2022-ci ilin iyun ayından bəri ilk dəfə olaraq 30 min dolları ötüb.
Manşet.az