Kiyev administrasiyası Rusiya ordusuna qarşı döyüşmək üçün F-16 pilotları axtardıqlarını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Qərbdən F-16 döyüş təyyarələrinin verilməsini tələb edir.
Ukraynaya ağır döyüş maşınları göndərilərkən, Kiyev Rusiyaya qarşı müqavimətini artırmağa çalışır.
Vaşinqton administrasiyası F-16-ların qapısını bağlayıb. Ukrayna isə israr etməkdə davam edir.
Onlar F-16-dan istifadə etməyi bilən pilot axtarırlar. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov F-16 döyüş təyyarələrində təcrübəsi olan pilotlara müraciət edib.
Beynəlxalq ictimaiyyətə müraciət edən Reznikov bildirib ki, Ukrayna Xarici Legionunun qapıları F-16-ların istifadəsində təcrübəli olan və Rusiya ordusuna qarşı müharibəyə qoşulmaq istəyən pilotlara açıqdır.
Manşet.az