Ukrayna təcrübəli F-16 pilotları axtarır

14:35 - 11 Aprel 2023

Ukrayna təcrübəli F-16 pilotları axtarır

Kiyev administrasiyası Rusiya ordusuna qarşı döyüşmək üçün F-16  pilotları axtardıqlarını bildirib. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Qərbdən F-16 döyüş təyyarələrinin verilməsini tələb edir.

Ukraynaya ağır döyüş maşınları göndərilərkən, Kiyev Rusiyaya qarşı müqavimətini artırmağa çalışır.

Vaşinqton administrasiyası F-16-ların qapısını bağlayıb. Ukrayna isə israr etməkdə davam edir.

Onlar F-16-dan istifadə etməyi bilən pilot axtarırlar. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov F-16 döyüş təyyarələrində təcrübəsi olan pilotlara müraciət edib.

Beynəlxalq ictimaiyyətə müraciət edən Reznikov bildirib ki, Ukrayna Xarici Legionunun qapıları F-16-ların istifadəsində təcrübəli olan və Rusiya ordusuna qarşı müharibəyə qoşulmaq istəyən pilotlara açıqdır.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az