Minlərlə insanın siqaretdən əl çəkməsi üçün bu yola əl atıldı

14:50 - 11 Aprel 2023

Minlərlə insanın siqaretdən əl çəkməsi üçün bu yola əl atıldı

Böyük Britaniyada 1 milyon insanı siqareti tərgitməyə təşviq etmək üçün pulsuz elektron siqaret dəstləri paylanacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, siqareti dayandırmaq şərti ilə hamilə qadınlara da 400 funt sterlinq veriləcək. Plan bu gün ictimaiyyətə açıqlanacaq.

Digər tərəfdən, paketlərə siqareti buraxmaq üçün tövsiyələrin daxil edilməsi üçün siqaret istehsalçıları ilə danışıqlar aparılacaq.

Həmçinin yetkinlik yaşına çatmayanlara qanunsuz elektron siqaret satışının qarşısının alınması məqsədi daşıyır.

Böyük Britaniya hökuməti 2030-cu ilə qədər ölkədə siqaret çəkənlərin sayını 5 faizə endirməyi hədəfləyir.

Hökumət, İngiltərədə təxminən hər beş siqaret çəkəndən birinin psixoloji dəstəklə birlikdə siqareti buraxma dəsti alacağını elan edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az